Azərbaycana elektromobil idxalı 8 dəfə artıb
    • 15-08-2023, 12:21
    • 368

Azərbaycana elektromobil idxalı 8 dəfə artıb

2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 900 milyon 590.16 min dollar dəyərində 56 766 ədəd avtomobil idxal olunub.

News24.az APA-ya istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 37.2% və ya 15 404 ədəd artıb.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə və ya 1306 ədəd avtomobil artıb.