Qəzaya düşən "Nikosayağı"nın pulqabısı və telefonunu oğurlayıblar - FOTO
    • 15-08-2023, 12:28
    • 290

Qəzaya düşən "Nikosayağı"nın pulqabısı və telefonunu oğurlayıblar - FOTO

Xəbər verdiyimiz kimi, ötən axşam "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli ağır qəzaya düşüb. 

News24.az bizim.media-ya istinadən bildriir ki, bloger Ramal İsayev sosial şəbəkə hesabında post paylaşaraq, qəzadan sonra Nicatın pul kisəsinin və mobil telefonlarının oğurlandığını yazıb.

"Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pul qabısını oğurlayıblar", - deyə Ramal bildirib. 

Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafın dirsəkdən amputasiyası edilib.