Ukrayna Rusiyanı “Toçka-U” ilə vurdu
    • 15-08-2023, 12:41
    • 139

Ukrayna Rusiyanı “Toçka-U” ilə vurdu

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətini “Toçka-U” kompleksinin raketi ilə vurub.

News24.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.

Qladkov bildirib ki, raket Rusiya-Ukrayna sərhədindən səkkiz kilometr aralıda yerləşən Bryanskie Lipyaqi fermasının kənarına düşüb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Hücum nəticəsində elektrik xətti zədələnib, yeddi yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Qumral