"Ermənistanın “humanitar fəlakət” şousu saxta ideoloji təbliğatdır" - Rusiyalı POLİTOLOQ
Maraqlı
“Qarabağdakı “humanitar fəlakətlə” bağlı məsələ logistik yox, ideoloji təbliğat xarakterlidir”.
Bunu News24.az-a açıqlamasında siyasi ekspert Oleq Kuznetsov Ermənistanın Qarabağ məsələsini BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çılxarmasını şərh edərkən dedi.

Onun fikrincə, beynəlxalq aləmdə Qarabağla Ermənistanı “Laçın dəhlizi” kimi tanınan yoldan başqa daha üç magistral birləşdirir. Lakin məqsədli şəkildə həmin yollardan heç biri gündəmə gətirilmir:
“Laçın dəhlizi” termininin tarixinə toxunan O. Kuznetsov bu məsələnin 1994-cü ildəki Bişkek prosesi çərçivəsində aktuallaşdığını vurğuladı.
Ekspert onu da əlavə etdi ki, Ermənistan tərəfinin “humanitar fəlakət” adlı saxta şousu ideoloji təbliğat vasitəsindən başqa bir şey deyil:
“Belə olan halda məsələnin siyasi tərəfi nəqliyyat-logistika məsələsi ilə müqayisədə daha çox önə çıxır. BMT-dəki müzakirələrə gəlincə, onların heç bir əhəmiyyəti yoxdur. Çünki şuranın gündəminə gətirilən beynəlxalq səviyyəli digər məsələlər hələ də öz həllini tapmayıb. Nümunə üçün Fələstin-İsrail və Rusiya-Ukrayna münaqişəsini deyirəm. Ukraynadakı mülki əhalinin humanitar problemləri öz ambisiyalarına haqq qazandırmaq istəyən dövlətlərdə heç kimi narahat etmir. Sadəcə ehtimal etmək olar ki, sözü gedən dinləmələrdə bəzi dövlətlər Azərbaycana siyasi-psixoloji təzyiq göstərə bilərlər. Bu təzyiqlərin isə hüquqi də daxil olmaqla, heç bir perspektivi yoxdur”.
Fərid Azəri