İrandan Xəzərin sahil zolağının daralması ilə bağlı XƏBƏRDARLIQ
    • 15-08-2023, 14:03
    • 216

İrandan Xəzərin sahil zolağının daralması ilə bağlı XƏBƏRDARLIQ

İran Xəzərin sahil zolağının daralması ilə bağlı xəbərdarlıq edib.

News24.az xəbər verir ki, İranın Cenevrədəki Daimi Nümayəndəliyi İran Kosmik Agentliyinin dərc etdiyi görüntülərə əsaslanaraq Xəzər dənizinin sahil zolağının daraldığını bildirib.

İranın Cenevrədəki Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi avqustun 3-nün İran İslam Respublikası, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda Xəzər Dənizi Günü kimi qeyd olunduğunu xatırladaraq bildirib: 

"Avqustun 3-də Xəzər dənizinin ekologiyasının mühafizəsi üzrə Çərçivə Konvensiyası - “Tehran Konvensiyası” qüvvəyə minib. İran Kosmik Agentliyinin (ISA) təqdim etdiyi görüntülər Xəzər dənizinin sahil xəttinin daraldığını göstərir”.

Aynurə