Gürcüstanda yaşayan azərbaycanlı şair vəfat edib
    • 7-03-2019, 10:46
    • 2 548

Gürcüstanda yaşayan azərbaycanlı şair vəfat edib

Gürcüstanda yaşayan azərbaycanlı şair Əsəd Məmmədov vəfat edib.

News24.Az xəbər verir ki, Borçalı bölgəsinin Təhlə kəndindən olan şair dünən dünyasını dəyişib : “Şairin uzun illərdir ki, Əsəd Təhləli imzası ilə şeirləri çap edilirdi. O, doğulduğu kənddə dəfn edilib”. Qeyd edək ki, şair Əsəd Məmmədov yaşadığı bölgənin tanınmış ağsaqqallarından olub.

Allah rəhmət eləsin!

Taleh Bağırov