-
- 15-08-2023, 20:28
- 591
Sülhməramlılar Azərbaycanı vaxtından əvvəl TƏRK EDƏ BİLƏR?
Məlum olduğu kimi, son günlər Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Baş verənlər, Ermənistananın genişmiqyasılı təxribat hazırlıqları ilə yanaşı, həm də Rusiya sülhməramlılarının Qarabağdakı missiyasını bir daha şübhə altına salır. İndiyə qədər Azərbaycan tərəfi dəfələrlə sülhməramlıların fəaliyyəti, daha doğrusu mandatdan kənar davranışları ilə bağlı dəfələrlə Rusiya tərəfinə narazılığını bildirib.
Onların ermənilərin təxribatlarına göz yumması, bəzi hallarda açıq dəstəyi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyannəmə əsasında 2025-ci ilədək Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilən sülhməramlılar bölgəni vaxtından əvvəl tərk edə bilər?
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, sülhməramlıların bölgəni vaxtından əvvəl tərk etməsi mümkün deyil.
“Üçtərəfli bəyanatda rus sülhməramlılarının Azərbaycanı vaxtından tırk etməsi ilə bağlı müddəa yoxdur. Ona görə sülhməramlıların bölgəni tərk etməsini tələb etmək mümkünsüzdür. Bunun üçün 2025-ci ilə qədər gözlənilməlidir. Sözügedən tarixdən 6 ay öncə Rusiya tərəfinə bu barədə məlumat veriləcək. Rus sülhməramlılarının bölgədə qalmasının məqsədəuyğun olmadığı barədə qarşı tərəfə bildirilməlidir. Hazırki situasiyada sülhməramlıların bölgəni vaxtından əvvəl tərk etməsi gözlənilən deyil. Azərbaycan onların mandat istəyinə razılıq verməyib”.
Politoloq hesab edir ki, sülhməramlılar müddətləri başa çatdıqdan sonra onu uzatmaq niyyətindədirlər.
“Bu prossesdə Ermənistan Rusiyanın yanındadır, çünki onlara sərf edir. Nikol Paşinyanın sonuncu mətbuat konfransında sülhməramlılar ilə bağlı sualı 10 noyabr bəyannaməsi əsasında deyil, Rusiya Federal Məclisinin verdiyi qərarı xatırlatması diqqətdən yayınmadı. O bildirdi ki, rus sülhməramlıları bölgəyə kütləvi insan qırğınının qarşısını almaq üçün yerləşdiriliblər. Paşinyanın sözlərinə görə, təhlükənin var olduğu müddətcə, sülhməramklılar bölgədə qalmağa davam etməlidir. Lakin unutduqları bir nüans var ki, sülhməramlılar bölgəyə Rusiya Federal məclisinin qərarı deyil, 10 noyabr bəyannaməsinə uyğun yerləşdiriliblər”, - deyə o yekunlaşdırıb.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə isə qeyd etdi ki, sülhməramlılar fəalliyyətləri müddətində səlahiyyətlərindən kənara çıxaraq separatçılara dəstək olub.
"Rusiya sülhməramlıları 3 il bundan öncə üçtərəfli sazişə uyğun olaraq bölgəyə yerləşdirilib. Bu müddət ərzində Azərbaycan sülhməramlıların fəaliyyəti ilə bağlı dəfələrlə mövqe bildirib. Sülhməramlılar səlahiyyətlərindən kənara çıxaraq separatçılara dəstək olub. Azərbaycan tərəfi Rusiyaya bununla bağlı dəfələrlə narazılığını ifadə edib. Rusiya da öz növbəsində rus sülhməramlıların davranışlarını üçtərəfli bəyannaməyə uyğun şəkildə təmin etməlidir. İndiki məqamda bu, Azərbaycanın Rusiyadan tələbidir. Hesab edirik ki, Azərbaycan ərazisinin suverenliyini və rus sülməramlılarının Azərbaycan ərazisində yerləşdiyini hər kəs nəzərə almalıdır”.
Ayşən Rəhim