Pekin Yaponiyaya sərt bəyanatla çıxış edib
    • 15-08-2023, 19:03
    • 117

Pekin Yaponiyaya sərt bəyanatla çıxış edib

Pekin Çin-Rusiya dəniz patrulu ilə bağlı Yaponiyaya sərt bəyanat verib.
 
News24.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
 
Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian Yaponiyanı Çin-Rusiya dəniz patruluna müdaxiləni dayandırmağa çağırıb.

O qeyd edib ki, Çin və Rusiya silahlı qüvvələri ikitərəfli əməkdaşlığın illik planına uyğun olaraq Sakit okeanın qərb və şimal hissələrinin təyin olunmuş sularında birgə dəniz patrulları həyata keçirib.

Onun sözlərinə görə, iki ölkənin patrul gəmiləri bütün marşrut boyu açıq dənizdə, ciddi şəkildə beynəlxalq hüquq normalarına uyğun hərəkət edib.      
O, həmçinin qeyd edib ki, Çin və Rusiya silahlı qüvvələri arasında əməkdaşlıq açıq və şəffaf əsasda həyata keçirilir və beynəlxalq ədalətin, sülhün və təhlükəsizliyin birgə qorunmasına yönəlib. 
 
Ayşən