İdman zalında öldürülən Turanın yaxınlarından etiraz
    • 16-08-2023, 15:27
    • 579

İdman zalında öldürülən Turanın yaxınlarından etiraz

Ötən ilin noyabr ayında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilən 16 yaşlı Turan Rüstəmovun yaxınları etiraz aksiyası keçirib.

News24.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.  

Məlumata görə, bu gün Appelasiya Məhkəməsində 16 yaşlı Turan Rüstəmovu qətlə yetirən Ruslan Səfixanovun məhkəməsi keçirilib. Ruslan Səfixanova 19 il cəza istənilib. Bununla bağlı Ruslanın ailəsi appelasiya  məhkəməsinə şikayət verib və Ruslanın cəzasının azaldılmasını istəyiblər. 
Bu səbəbdən Turanı dəstəkləyənlər Appelasiya Məhkəməsin qarşısında etiraz aksiyası keçirib. Turanın ailəsi və aksiya iştirakçıları Ruslanın cəzasının artırılmasını tələb edib. 

Qeyd edək ki, aksiya iştirakçılarının məlumatına görə, məhkəmə prosesi vəkilin gəlməməsi səbəbindən təxirə salınıb. 

Xatırladaq ki, Ruslan Səfixanov 17 yaşlı Turan Rüstəmovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla idman zalında qətlə yetirib.  

Ətraflı RTV-nin təqdimatında:

Qumral Əliyeva