Tanınmış xanımlar "İlin işgüzar xanımı" mükafatı aldılar - FOTO - VİDEO
    • 7-03-2019, 12:44
    • 2 617

Tanınmış xanımlar "İlin işgüzar xanımı" mükafatı aldılar - FOTO - VİDEO

“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə “İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. 

News24.az xəbər verir ki, təşkilatçısı Sədaqət Rəşidqızının və “Mətbuat firması”nın təsis etdiyi tədbirdə 35-dən çox iş xanımına mükafat və hədiyyələr təqdim olunub.
Gecənin aparıcısı Sədaqət Rəşidqızı olub.
Mərasimdə xanımlara əsl bayram əhval-ruhiyyəli proqram təqdim edilib. Bu ildə tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, Kamilə Əliyeva, xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Xuraman Əlizadə, aparıcı Lətafət Ələkbərova və iş həyatında uğurlar qazanmış digər xanımlar “İlin işgüzar xanımı” adına layiq görülüblər.
News24.az saytının baş redaktoru Ülkər Qasımova da “İlin işgüzar xanımı” mükafatına layiq görülənlər arasında olub. Tədbirdə həmçinin il ərzində dövlət, mədəniyyət, elm və təhsil sahələrində də uğur qazanan xanımlarda mükafata layiq görülüb. Tədbirdə müğənnilər də çıxış edib və onları musiqi töhvələri ilə təbrik ediblər.
Qeyd edək ki, ”İlin işgüzar xanımı” mükafatı 13 ildir təqdim olunur.