Sumqayıtdakı kütləvi zəhərlənmənin ilkin SƏBƏBİ AÇIQLANDI
    • 16-08-2023, 20:30
    • 429

Sumqayıtdakı kütləvi zəhərlənmənin ilkin SƏBƏBİ AÇIQLANDI

Sumqayıt şəhərində kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.

Bu barədə Sumqayıt şəhər prokurorluğundan News24.az-a bildirilib ki, avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.