ABŞ-ın Azərbaycandakı yeni səfiri bu gün Bakıya gəlir
    • 7-03-2019, 13:49
    • 733

ABŞ-ın Azərbaycandakı yeni səfiri bu gün Bakıya gəlir

ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberger bu gün Bakıya gələcək.

News24.Az bildirir ki, amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, ötən gün Dövlət Departamentində Örl Litzenbergerin andiçmə mərasimi keçirilib.
Səfir Örl Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart aylında başa vurub.