Lift qırıldı — XƏSARƏT ALAN VAR
    • 17-08-2023, 13:38
    • 294

Lift qırıldı — XƏSARƏT ALAN VAR

Yekaterinburqda yaşayış kompleksində lift qırılıb.

News24.az
xəbər verir ki, hadisə avqustun 17-də səhər saatlarında Mont Blan yaşayış kompleksində baş verib. Belə ki, lift 16-cı mərtəbədən səkkizinci mərtəbəyə düşüb. Liftdən olan qız isə xəsarət alıb.

İdarəetmə şirkəti faktı təkzib edib. Onlar hesab edirlər ki, lift bir qədər yüksək sürətlə səkkizinci mərtəbəyə gedib.

Hadisə yerinə lift istehsal edən şirkətin baş mühəndisi və sahə müdiri gəlib.

Aynurə