“Sabah” UEFA Konfrans Liqası ilə VİDALAŞDI
    • 18-08-2023, 08:16
    • 197

“Sabah” UEFA Konfrans Liqası ilə VİDALAŞDI

“Sabah” klubu UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşan Azərbaycan təmsilçisi avrokuboklardakı debüt mövsümündə növbəti mərhələyə adlaya bilməyib.

Gərgin keçən oyunun əsas vaxtı 2:0 hesabı ilə ev sahibinin xeyirinə başa çatıb. Bakıdakı oyun da bu hesabla yekunlaşdığından əlavə vaxt oynanılıb. Burda da hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti seriyası oynanılıb.

Murad Musayevin yetirmələri rəqibinə bu seriyada məğlub olub.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
17 avqust
23:00. “Partizan (Serbiya) – “Sabah” (Azərbaycan) - 2:0
Qollar: Mateus Saldanya, 30 // Bibras Natxo, 57.

Penaltilər seriyası: 5:4