Yarım milyon manatı mənimsəyən direktora - AĞIR CƏZA
Hadisə
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmə də təqsirləndirilən sahibkar Tural Heydərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T. Heydərli 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan olunub. Məlumata əsasən, o, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.
Samir Əli