Erməni bloqer axtarışa verildi
    • 18-08-2023, 15:51
    • 196

Erməni bloqer axtarışa verildi

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi erməni videobloqer Karen Şahinyan üçün axtarış elan edib. 
 
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. 

Sözügedən məlumat idarənin istintaq məlumat bazasında qeyd edilib.

Şahinyanla bağlı vəsiqədə deyilir: “Axtarışın əsası Cinayət Məcəlləsinin maddələrindən biridir”. 
 
Onun hansı maddə ilə axtarışa verildiyi qeyd edilmir.

Qəzet yazır ki, Şahinyan iyulda Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına əlavə edib.
 
Ayşən