-
- 18-08-2023, 16:10
- 612
"Əvəz Zeynallının verilişindən sonra Ali Məhkəmə qərarı ləğv elədi" - Şahid
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
News24.az-ın məlumatına görə, prosesdə şahid qismində ifadə verən sahibkar Nağı İsmayılov bildirib ki, Yevlax yolunda yanacaqdoldurma məntəqəsi olub:
"O vaxt Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Yevlax-Ucar yolunu çəkəndə mülkiyyət hüququmu pozmuşdu. Mənə ayrılan kompensasiyanı vermədilər. Binəqədi məhkəməsinə müraciət etdim. Şikayətim təyin olunmadı. Bütün məhkəmələr qərarı qüvvədə saxladı. Ali Məhkəməyə şikayət edəndən sonra qərara gəldim ki mediada problemi işıqlandırım. Əvəz Zeynallının yanına gəldim, danışdıq. İki dəfə Xural TV-də çıxış elədim. Ondan sonra Ali Məhkəmə qərarı ləğv edib işi yenidən Şəki Apellyasiya Məhkəməsinə göndərdi".
Şahid bildirib ki ekspertiza qərarı ilə ona 2 milyon 700 min manat kompensasiya verilməlidir:
"Amma məhkəmə qərarı ilə mənə 341 min manat vermək istəyirlər".
Digər şahid Nəzakət Cəfərova isə bildirib ki, Əvəz Zeynallını yox, Elnur Şükürovu tanıyır: "Sumqayıtda evimizin yanında boş yer var idi. Həmin yeri almaq istəyirdim. Bu barədə qardaşıma dedim. O Teymur adlı dostu ilə danışdı. Bir müddət sonra Teymur dedi ki, danışmışam, 14 min pul lazımdı. Mən də dedim o qədər pulum yoxdu. Bir gün Teymur dedi ki, danışmışam 7 min pul istəyirlər. 7 min manatı Teymura verdik. Bir müddətdən sonra Teymur dedi ki icazə almışam, başlayın tikin. Mən sənəd istədim, dedi sənəd yoxdur. Mən dedim ki ya pulumu ver ya da şikayətə gedəcəm. Şikayətə gedirdim, Teymur oğluma zəng vurdu ki, sənəd hazırdı. Daha sonra Elnur gəldi ki ,Teymur sizi aldadıb, pulunuzu geri alın. Elnur dedi ki sənəd hazırdır, get sənədi götür, yenə tikmə. Mən getdim sənədi götürdüm. Amma Sumqayıt şəhər prokurorluğuna şikayət yazmışdım. Bir müddətdən sonra iki nəfər gəldi ki bizimlə getməlisən. Qorxdum, getmədim. Sonra özüm taksi ilə getdim".
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.
Samir Əli