-
- 7-03-2019, 16:54
- 988
4 regional idarə rəisi işdən çıxarılıb
Şəki, Masallı, Şamaxı və Lənkəran rayonlarının regional idarə rəisləri işdən çıxarılıb.
News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Nazir müavini bildirib ki, hər 4 rayonun idarə rəislərinin təşkilatçılığı zəif olduğu üçün işlərindən uzaqlaşdırılıb:
“Əfsuslar olsun ki, imtahanla işə təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğu üçün onlarla əməkdaşlığı davam etdirə bilmədik. Biz onların qarşısına meşələrin qorunması əsas məqsəd qoymuşduq. Nazirliyin imkanı yoxdur ki, hər ağacın altına bir əli silahlı adam qoysun. Hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik".
Firdövsi Əliyev qeyd edib ki, Oğuz rayonunun Calud və Buxa kəndinlərində kömür basdırma geniş yayılıb:
"Orada yaşayanlar öz övladlarını da təhlükəyə qoyurlar. Kömürdən alınan tüstü ilə özləri də nəfəs alırlar. Qəbələ rayonunun Həmzəli kəndində meşə qırmaqla məşğul olan adamlar var. Biz onları cərimə etsək də, əməllərindən əl çəkmirlər. Qəbələ də Avrıq, Masallı da Yelağac kəndlərində də qanunsuz şəkildə ağacdan istifadə edib, kömür basdırma ilə məşğul olurlar. Qubadan bizə xəbərlər gəlmişdi, orda yoxlama apardıq. Təəssüf olsun ki, etimad göstərdiyimiz şəxs etimadı doğrultmadı. Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisini uzaqlaşdırmışıq. Cinayət tərkibi varsa, hüquq mühafizə orqanlarına məlumat vermişik".