-
- 18-08-2023, 19:22
- 709
"İtkin düşmüş 3890 nəfər barəsində informasiyamız var"
Komissiyanın məlumat bazasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfər barəsində informasiya var.
News24.az xəbər verir ki, nunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bugünkü mətbuat konfransında deyib.
O həmçinin Ermənistan tərəfinin BMT qətnamələrinin icrasından boyun qaçırdığını vurğulayıb:
“Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmayan uşaq, 267 nəfəri isə qadındır. Vətən müharibəsi dövründə isə 6 hərbçimiz itkin düşüb. Ermənistanın humanitar məsələni siyasiləşdirməsi, qeyri-konstruktiv və qeyri-insani münasibətləri, BMT-nin məlum qətnamələrinin icra edilməməsi və Azərbaycanın suveren ərazilərinin 30 il ərzində işğalda saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin araşdırılmasına imkan verməyib. Beynəlxalq humanitar hüquq normalarında hər bir itkin ailəsinin öz yaxını barədə məlumat almaq hüququnun təsbitinə baxmayaraq, onlar itkin düşmüş Azərbaycan vətəndaşları barədə 30 il ərzində heç bir məlumat əldə edə bilməyib, iztirab və əziyyət çəkiblər”.
Fərid Azəri