-
- 20-08-2023, 19:37
- 128
Polşa və Almaniya arasında zibil gərginliyi
Polşa Almaniyanı Polşaya göndərdiyi 35 min ton zibilin təmizlənməsindən imtina etdiyi üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə şikayət edəcək.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Polşanın İqlim və Ətraf Mühit naziri Anna Moskva radioda qonaq olduğu bir proqramda deyib.
Almaniyanın Polşanın 7 fərqli bölgəsinə göndərilən 35 min ton zibilin təmizlənməsindən çəkindiyini ifadə edən Moskva, bu həftə məsələni Avropa Birliyinin ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsinə çıxaracaqlarını bildirib.
Qeyd edək ki, Polşanın İqlim və Ətraf Mühit Nazirinin müavini Jacek Ozdoba may ayında Almaniya ilə bağlı hesabat hazırlayacaqlarını açıqlamışdı.
Günəş Mərd