Füzuli sakinlərinə evlərinin açarları təqdim - EDİLDİ

Füzuli sakinlərinə evlərinin açarları təqdim - EDİLDİ Siyasət

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç - 68 nəfərdən ibarət 24 ailə mənzil başına çatıb.

News24.az  xəbər verir ki, bu ailələr bundan sonra öz doğma şəhərlərində - Füzulidə yaşamağa başlayacaq.

Evlərin açarları sakinlərə təqdim olunub.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.