Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması prosesi başlayıb
    • 9-03-2019, 10:59
    • 828

Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması prosesi başlayıb

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması prosesi başlayıb.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Bakı meri deyib ki, Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması ilə bağlı mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır.

Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək". Eldar Əzizov qeyd edib ki, prezident İlham Əliyevin yalnız Hacı Zeynalabdin Tağıyev ilə bağlı deyil, həmçinin digər görkəmli ziyalılarmıza da heykəl qoyulması ilə bağlı tapşırığı və təlimatı var.  Sevinc Yasinqızı