Bu ölkə səmasını Fransa təyyarələrinə BAĞLADI
    • 22-08-2023, 16:20
    • 100

Bu ölkə səmasını Fransa təyyarələrinə BAĞLADI

Əlcəzair Nigerə hərbi müdaxilə üçün Fransa hərbi təyyarələrinin öz hava məkanını keçməsinə icazə verməkdən imtina edib.

News24.az xəbər verir ki, bu barədə Əlcəzairin Əl-Habr qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa Mərakeşə də analoji tələblə müraciət edib və qəbul edilib.

Əl Ərəbiyyə telekanalının xəbərinə görə, Qərbi Afrika Ölkələri İqtisadi Birliyi ölkələrinin hərbi aerodromlarında Nigerdə üsyançılara qarşı mümkün hərbi əməliyyat üçün hazırlıqlara başlanılıb.

Akqabay