Türkiyə ən pis ssenariyə hazırlaşır - Sakinlər təxliyə edilir
    • 23-08-2023, 11:40
    • 162

Türkiyə ən pis ssenariyə hazırlaşır - Sakinlər təxliyə edilir

Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində baş verən böyük meşə yanğını hələ də nəzarət altına alına bilmir, səlahiyyətlilər ən pis ssenariyə hazırlaşır.

News24.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaqlı bildirib.

Yanğınsöndürmə işlərinə yanğınsöndürən helikopterlər və təyyarələr, o cümlədən çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Hadisə ilə əlaqədar gəmilərin hərəkəti üçün Çanaqqala boğazını müvəqqəti bağlamalı olublar.

“Külək çox güclüdür. Biz bütün qüvvələrimizi yaşayış məntəqələrinin mühafizəsinə yönəltmişik. Yanğın Çanaqqalanın mərkəzinə də yayılır. Biz ən pis ssenariyə hazırlaşırıq. Dövlət xəstəxanası və universitet həyəcan vəziyyətinə gətirilib, lakin təxliyə aparılmır. Altı kənd boşaldılıb, üçü təxliyə üçün hazırdır”, - deyə “TRT Haber” telekanalı nazirin sözlərindən sitat gətirib.

Akqabay