Ülvi Qılıncdan İlham Əliyevə: "Məni bu dövlətdən çıxarın" - VİDEO
    • 9-03-2019, 14:57
    • 3 011

Ülvi Qılıncdan İlham Əliyevə: "Məni bu dövlətdən çıxarın" - VİDEO

Opera ifaçısı Ülvi Qılınc Prezident İlham Əliyevə müraciət edib.

News24.Az xəbər verir ki, şəxsi instagram səhifəsində Dövlət Başçısına müraciət edən Ü. Qılınc bunları deyib:

"Mən dövlət başçımıza müraciət edirəm: Xahiş edirəm cənab Prezident, əgər bu səslə, bu diapazonla, bu tenorla dövlətimə lazım deyiləmsə, məni də bu dövlətdən çıxardın. Dinləsə də, dinləməsə də Dövlət Başçımıza təşəkkür edirəm! Əsl sənətçilərin, sənətkarların səsini eşitməsini istərdim və səsimizi ondan başqa eşidəcək kimsə yoxudr"!

Müğənni işlə bağlı dəfələrlə müraciət etsə də Mədəniyyət Nazirliyi tərəfindən müraciətinin təmin edilmədiyini qeyd edib. 

24 yaşında "Koroğlu" operasında Koroğlu rolunu canlandıran Ü. Qılınc yayımladığı videoda başqa problemli məqamlara da toxunub. 

Sözügedən çıxışı təqdim edirik:

News24.Az