-
- 23-08-2023, 18:18
- 152
Hindistan şəkər ixracına qadağa qoya bilər
Hindistan hökuməti oktyabr ayından etibarən şəkər ixracına qadağa qoymağı düşünür.
News24.az "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb şəkər qamışı istehsal edən Maharashtra və Karnataka ştatlarında şiddətli quraqlıq olub. Quraqlıq səbəbindən məhsul həmişəkindən 50 faiz az olub.
Mütəxəssislərin proqnozlarına görə, əlverişsiz hava şəraiti səbəbindən Hindistanda 2023/24 mövsümündə şəkər istehsalı 3,3% azalaraq 31,7 milyon ton təşkil edə bilər.
Xatırladaq ki, iyul ayında Hindistan artıq ərzaq ixracına məhdudiyyətlər qoyub və düyü daşınmasını qadağan edib. Bundan başqa soğana rüsumlar tətbiq edib. Ölkədə ərzaq infilyasiyası olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl taxıl müqaviləsi çərçivəsində sonuncu gəmi Qara dənizi tərk edib.
Qumral