-
- 9-03-2019, 16:55
- 739
Problemli kreditlərlə bağlı proses qaydaları gələn həftə bilinəcək
“Gələn həftə prezidentin problemli kreditlərlə bağlı verdiyi fərmanın hansı şəkildə həyata keçiriləcəyi bilinəcək”
Bunu News24.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev insanların problemli kreditlərlə bağlı narazılığına münasibət bildirərkən deyib. Samir Əliyev bildirib ki, gələn həftə artıq proses dəqiq bilinəcək:
“Bildiyiniz kimi prezident sərəncamı fevralın 28-i verib. Kompensasiyaların verilməsi qaydaları hazırlanması üçün 15 gün müddət qoyulub. Martın 15-nə kimi Palata bu qaydaları hazırlamalıdır. Rəsmi şəxslər açıqlamalarında qeyd ediblər ki, insanlar narahat olmasın, banklar onlarla əlaqə saxlayacaq. Gələn həftə artıq proses dəqiq bilinəcək”.
Prosesin başlaması zamanı hansısa etirazların ola bilmə ehtimalına gəlincə, iqtisadçı qeyd edib ki, proses başlamadığı üçün indidən nəsə demək çətindir.