Sabahın HAVASI - Yağış, külək, ŞİMŞƏK
    • 24-08-2023, 13:21
    • 784

Sabahın HAVASI - Yağış, külək, ŞİMŞƏK

Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.