Fındıq yığarkən ilan SANCDI
    • 24-08-2023, 14:49
    • 195

Fındıq yığarkən ilan SANCDI

Qaxda 36 yaşlı kişini fındıq yığarkən ilan sancıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Nəbi Abdullayev bağda fındıq yığarkən ilan qəfildən onun ayağını sancıb. 36 yaşlı N. Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

N. Abdullayevin vəziyyəti ağır olduğu üçün Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.