-
- 9-03-2019, 20:57
- 740
Millət vəkili oğlunun yeni vəzifəyə təyin olunmasından danışıb
Millət vəkili, akademik İsa Həbibbəyli oğlu Səhət Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilməsinə münasibət bildirib.
News24.Az bildirir ki, İ. Həbibbəyli musavat.com-a müsahibəsində oğlunun həmin komitədə işlədiyini, gömrük sistemində 10 ilə yaxın sədr müavini olduğunu qeyd edib:
"Etimad göstərilib, çalışacaq ki, məsuliyyətlə vəzifəsini icra etsin".
"Bu təyinatda deputat olmağınız, vəzifə tutmağınız nə dərəcədə rol oynadı?” sualına İ. Həbibbəyli belə cavab verib:
"Mən Bakıda yaşayıram, tamam başqa sahədə çalışıram. Mətbuat çalışır ki, belə məsələlərdə sensasiya yaratsın. Amma 20 ilə yaxındır ki, ən kiçik işdən, inspektorluqdan, şöbə müdirliyindən müavinliyə qədər bütün təkamül prosesini keçib, etimad göstərilib, o da bu etimadı doğrultmağa çalışacaq”.