Ziya Bünyadov prospektində qəza OLDU
    • 24-08-2023, 17:10
    • 214

Ziya Bünyadov prospektində qəza OLDU

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hadisə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi səbəbindən hazırda “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq yaşanır. 

Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.