-
- 24-08-2023, 18:43
- 393
Ətin qiyməti niyə bahalaşıb? - Ekspert səbəbi AÇIQLADI
Bildiyimiz kimi, avqustda əsas istehlak səbətinə daxil olan ətin qiyməti yüksəlib.
News24.az xəbər verir ki, mal ətinin bir kiloqramının qiyməti 11 manatdan 13 manata qalxıb. Bu da əhali arasında etirazla qarşılanır. Vətəndaşlar xaricdən ət idxal olunmasında baxmayaraq ətin qiymətinin bu qədər artmasını birmənalı qarşılamırlar.
Bəs ətin qiymətinin bahalaşmasının səbəbi nədir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Redaktor.az-a danışıb.
Ekspert dedi ki, ətin qiymətinin artmasını inflyasiya ilə əlaqələndirə bilərik:
"Eyni zamanda yem məhsullarının həddən yuxarı baha olması, gübrənin baha olması, örüş sahələrinin azalması buna səbəbdir. 2001-ci illə müqayisədə 2021-ci ildə örüş sahələri yararlı torpaq sahələrinin 56 faizə qədərini təşkil edirdi. Bu da təbii ki, yem məhsullarının bahalaşmasına gətirib çıxarır. Həm gübrənin qiymətinin baha olması, enerji daşıyıcılarının baha olması, torpaq ehtiyatlarının məhdud olması nəticəsində yem məhsulunun baha olmasına gətirib çıxarır. Yem məhsulun baha olması ətin qiymətinin baha olmasına gətirib çıxarır".