ABŞ Ramzan Kadırovun xaricdəki sərvətini araşdıra bilər
    • 9-03-2019, 21:31
    • 620

ABŞ Ramzan Kadırovun xaricdəki sərvətini araşdıra bilər

ABŞ Konqresindəki komitə Boris Nemtsov cinayətinin araşdırılması üçün qətnamə qəbul edib.


News24.Az
xəbər verir ki, sənəddə Çeçenistanın lideri Ramzan Kadırovun ərəb ölkələrindəki sərvətinin araşdırılması da qeyd olunur. Təşəbbüs “Human Rights Watch” təşkilatının keçmiş rəhbəri və insan hüquqları üzrə dövlət katibinin müavini Tom Malinovski tərəfindən irəli sürülüb.
O, ABŞ hökumətini Kadırovun və onun təşkilatlarının Rusiya Federasiyası xaricində, o cümlədən BƏƏ və Səudiyyə Ərəbistanındakı maliyyə fəaliyyətlərini araşdırmağa çağırıb.
Konqresmen çeçen liderin “Maqnitski Qanunu” çərçivəsində qəbul edilmiş sanksiyaları pozduğundan şübhələnir. Qərarda qeyd olunur ki, Kadırov Nemtsov cinayətinə görə məhkum edilmiş Zaur Dadaevi çağırıb.
Daha öncə ABŞ Konqresinin Nemtsov cinayəti ilə bağlı müstəqil beynəlxalq araşdırmaların aparılmasına çağırışla bağlı qətnamə qəbul etdiyi bildirilmişdi. Qətnamənin müəllifləri Ağ Evi ədalət üçün Rusiyaya təzyiq göstərməyə çağırırlar.