"Dollar  uzun illər “əl çirki” olacaq
    • 26-08-2023, 12:55
    • 361

"Dollar uzun illər “əl çirki” olacaq" - İQTİSADÇI

“Dollar hələ uzun illər ən sevimli “əl çirki” olaraq qalacaq. Dollardan imtina haqqında düşünmək olar, amma onu dilə gətirmək ya iqtisadi bilik yetərsizliyidir, ya da digər monipulyativ maraqlara söykənən realiti-şoudur. Çin, İran, Rusiya, Hindistan, Türkiyə, Latın Amerikası ölkələri və s. ölkələr neçə illərdir ki, müxtəlif vaxtlarda cüt-cüt və ya bir neçəsi birlikdə çoxsaylı müzakirələr aparıb dollardan imtina üçün yollar arayıblar. Amma əldə etdikləri ən böyük uğur bəyanatlarının dünya gündəminin trendinə çevrilməsi olub. Bundan artığını bacaran olmayıb. Dollar isə öz işindədir”.

News24 .az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, dollar beynəlxalq hesablaşmalarda öz payını rekord həddə çatdırıb: “Çünki dollardan imtina edəcəyik deyənlərə dollar daha çox lazımdır və onlar dolları daha çox sevib, daha çox əməliyyatlarını dollarla ediblər. Nəticə isə göz önündədi, ötən ay Beynəlxalq hesablaşmalarda dolların payı 36.4 faizdən 46,5 faizə yüksəlib. İkinci böyük payçı 24,4 faizlə avro, üçüncü 7,6 faizlə funt-sterlinqdir. Daha sonra 3,5 faizlə Yaponiya yeni, 3,1 faizlə yuan gəlir.

Dollar üçün əsas rəqib isə Avrodur. Onun da payını da dollar almaqdadır. Bu ay 24.4 faiz paya sahib avro, ötən ay 38.4% idi, yəni bir ayda 14 % pay itirib. Beləcə qlobal valyuta ehtiyatlarının 60 faizdən çoxunun etibar edilərək saxlanıldığı dollar hələ uzun illər planetin ən sevimli “əl çirki” olacaq”.

Ayşən