Rusiyada kənd atəşə tutuldu - 4 sakin yaralandı
    • 26-08-2023, 13:50
    • 227

Rusiyada kənd atəşə tutuldu - 4 sakin yaralandı

Rusiyanın Belqorod vilayətinin Urazovo qəsəbəsində Ukrayna hərbçilərinin atəşə tutması nəticəsində 4 dinc sakin yaralanıb.

News24.az xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov bildirib.

"Ukrayna silahlı qüvvələri Valuiki şəhər dairəsindəki Urazovo qəsəbəsini "Qrad" reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub. Kaset sursatları şəxsi evlərə və ferma anbarına düşüb. İlkin məlumatlara görə, üç kişi və bir qadın qəlpə yarası alıb", - deyə o bildirib.

Qubernatorun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Şebekino şəhər dairəsi üzərində təyyarə tipli pilotsuz uçan aparatı vurub; tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qumral