İtaliyada həyəcan: Romada Romalılardan daha çox siçovul var
    • 27-08-2023, 01:56
    • 161

İtaliyada həyəcan: Romada Romalılardan daha çox siçovul var

İtaliyanın paytaxtı Romanın tarixi-turistik yerlərində tez-tez siçovulların görünməsi səlahiyyətliləri hərəkətə keçirib. 

News24.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyada Romanın dünyaca məşhur yerlərindən biri olan Kolizey ətrafında görülən siçovullar və onların sosial mediada yayılan görüntüləri paytaxtda siçovul həyəcanına səbəb olub.

İtaliya mətbuatında yer alan xəbərlərdə Roma Bələdiyyəsinin Ətraf Mühit İdarəsinin xüsusilə Kolizeydə siçovulların göründüyü yerlərdə hərəkətə keçdiyi, bəzi yerlərdə tələlərin qoyulması və zibillərin toplanması işini sürətləndirdiyi qeyd edilib. 

Hazırda İtaliya mediası paytaxtda təxminən 7 milyon siçovulun olduğunu təxmin edir.

Günəş Mərd