"Rozetka"da unudulan şarj cihazı EVİ KÜLƏ ÇEVİRDİ
    • 27-08-2023, 13:02
    • 171

"Rozetka"da unudulan şarj cihazı EVİ KÜLƏ ÇEVİRDİ

Türkiyədə Zonquldakın Ereğli mahalının Öğberler kəndində evdə şarj cihazı yanıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki,  yanğınsöndürən qruplar tərəfindən nəzarət altına alınan yanğında ev az qala külə dönüb.

Rayonda mobil telefonunu şarj cihazından ayıran ev sahibi bir müddət sonra alovları görüb.

Artan alov səbəbindən evdə yaşayan 3 sakin son anda çölə çıxa bilib.

Ev yararsız hala düşüb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Günəş Mərd