SSRİ Xalq artisti balerina Svetlana Adırxayeva 86 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənətçi uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişib.
Svetlana Adırxayeva 1938-ci ildə Şimali Osetiyada anadan olub. 1946-cı ildə milli qrupun tərkibində Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub.
Bir sıra fəxri adlara və mükafatlara layiq görülən sənətçi 1984-cü ildə SSRİ Xalq artisti adını alıb.
Günəş Mərd