-
- 28-08-2023, 10:17
- 419
Moskvaya HÜCUM: hava limanlarında məhdudiyyət tətbiq edildi
Dünən gecə Moskvada PUA-ların hücum təhlükəsi ilə əlaqədar bir neçə hava limanında məhdudiyyət tətbiq edilib.
News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, “Domodedovo”, “Jukovski” və “Vnukovo” hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və yola salmır. Müxtəlif mənbələrə görə, 15-dən çox reys təxirə salınıb.
“Flightradar”-ın məlumatına görə, təyyarələr Moskva vilayətinin cənub-qərbinə və cənub-şərqinə uçur.
Məlumnata görə, mülki təyyarələrin uçuşlarına “təhlükəsizliyi təmin etmək məqsədilə” məhdudiyyətlər qoyulub.
“Eyni zamanda, hava limanları qismən bağlanıb, təyyarələrin buraxılmasına icazə verilib”, - məlumatda deyilir. Cəmi 10 təyyarə alternativ aerodromlara yola salınıb.
“Bu reyslərin sərnişinləri təyinat hava limanlarına çatdırılıb”, - Federal Hava Nəqliyyatı Agentliyi bildirir.
Moskva vaxtı ilə saat 7:45-ə olan məlumata görə, paytaxt hava limanları və “Jukovski” normal rejimdə işini bərpa edib.
Akqabay