“Formula 1”də tarixi rekord qeydə ALINDI
    • 28-08-2023, 11:58
    • 3 804

“Formula 1”də tarixi rekord qeydə ALINDI

“Formula 1” üzrə dünya çempionatının Niderland Qran-prisində tarixi rekord qeydə alınıb.

News24.az “Report”a istinadən xəbər verir ki, pilotlar ümumilikdə 89 dəfə pit-stopa getməklə bunu reallaşdırıblar.

Beləliklə, 2011-ci ildə yarışın Macarıstan mərhələsindəki 88 pit-stopluq rekord yenilənib.

Qeyd edək ki, Niderland Qran-prisinin qalibi “Red Bull”un pilotu Maks Ferstappen olub.