-
- 29-08-2023, 11:39
- 1 038
Xankəndidə qarşıdurma: Nikol vaxt qoydu, Araik Xankəndidən qaçır
Xankəndidə separatçılar arasında qarşıdurma davam edir. Qondarma rejimin “başçısı” Araik Arutyunyanın “istefa”sı məsələsi hələ də müzakirə olunur.
News24.az xəbər verir ki, “Hraparak” nəşrinin yazdığına görə, iki həftə əvvəl Arutyunyanın “istefa”ya getməsi xəbəri yayılıb, o, hər kəsi bu barədə məlumatlandırıb. Lakin bir neçə gündən sonra Arutyunyanın peşman olduğu məlum olub, bəzi dairələr, o cümlədən qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan onu vədini yerinə yetirməməkdə ittiham ediblər.
Nəşr yazır ki, Nikol Paşinyan Arutyunyanın “istefa” ərizəsini təqdim etməsinə imkan verməyib və onu bu prosesi bir neçə həftə təxirə salmağa çağırıb. Çünki bu, İrəvan Ağsaqqallar Şurasının seçkilərinə böyük təsir göstərə bilər.
Erməni mətbuatının məlumatına görə, Araikin “istefa”sı məsələsi yenidən gündəmə gələcək. Üstəlik, bəzi məlumatlara görə, Ermənistan hakimiyyəti Xankəndidəki terrorçuların yeni “rəhbəri” məsələsi ilə bağlı artıq qərar verib, keçmiş xarici işlər naziri Masis Mayilyanın adı hallanır. O da qeyd olunub ki, Samvel Babayan bu “vəzifə”ni tuta bilməz. “O, Soros qanadındandır və Ermənistan hakimiyyəti tərəfindən tamamilə idarə olunur. Samvel Babayan isə daha bir vəzifəni, məsələn, həsrətində olduğu “dövlət naziri” vəzifəsini tutacaq”, - deyə erməni KİV yazıb.
Baş separatçı Araik Arutyunyanın tezliklə “vəzifəsindən” uzaqlaşdırılması ilə bağlı başqa məlumatlar da var. Məlumata görə, Araik ona və qohumlarına məxsus bizneslərdən “xilas” olur. Xüsusilə də son günlər onun qardaşına məxsus hollandiyalı sağmal inəklər kütləvi şəkildə kəsilib.
Görünən odur ki, Xankəndidə açıq-aşkar daxili siyasi qarışıqlıq davam edir.
Akqabay