Avropada qaz kəskin UCUZLAŞDI
    • 29-08-2023, 12:56
    • 196

Avropada qaz kəskin UCUZLAŞDI

Avropada qazın qiyməti kəskin şəkildə aşağı düşüb. 

News24.az xəbər verir ki,, Londonun ICE birjasında sentyabr ayı üçün yanacaq fyuçersləri təxminən dörd faiz ucuzlaşıb.

Ticarətin açılışında Hollandiyanın TTF mərkəzinin indeksi üzrə min kubmetr qaz 428 dollar səviyyəsində qiymətləndirilib. Aşağı səviyyədə yanacağın maya dəyəri 413 dollara düşüb, sonra isə 417 dollara qədər korreksiya edilib.

Son aylarda Avropada qazın qiyməti min kubmetr üçün maksimum 484,7 dollara qədər qalxıb. Rekord qiymət səviyyəsi avqustun 22-də qeydə alınıb. Ayın əvvəlində yanacağın qiyməti 306,4 dollar olub.

Aynurə