-
- 11-03-2019, 17:00
- 687
DGK-dən sahibkarlardan qeyri-qanuni vəsaitlərin tələb olunması xəbərinə AYDINLIQ
Bəzi kütləvi informasiya vasitələrində idxal əməliyyatları zamanı xarici iqtisadi ticarət iştirakçılarına Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Bakı Baş Gömrük İdarəsində gömrük orqanları tərəfindən süni maneələr yaradıldığı, malların laboratoriyaya və anbara göndərilərək sahibkarlardan qeyri-qanuni vəsaitlərin tələb olunduğuna dair həqiqətə uyğun olmayan xəbərlər yayılıb.
News24.Az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib. Məlumat verilir ki, xəbərlərdə idxal edilən malların guya məqsədli şəkildə ekspertizaya göndərildiyi, prosesin günlərlə davam etdiyi və bu müddət ərzində sahibkarların nəqliyyat şirkətlərinə əlavə vəsaitlər ödədiyi iddia olunur. Digər iddiaya görə isə sahibkarların idxal etdikləri mallar gömrük orqanları tərəfindən məcburi qaydada anbara göndərilir və burada həm yükləmə, həm də xidmət müqabilində onlardan qeyri-qanuni vəsaitlər alınır.
Dövlət Gömrük Komitəsi bildirir ki, hər iki halda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirilən proseslər qərəzli şəxslər və ya dairələr tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədilə bilərəkdən yanlış şərh olunur. Belə ki, idxal edilən hər hansı malın mənşə ölkəsi, təsnifat kodu və gömrük dəyəri haqqında gömrük orqanında şübhə yaranarsa, həmin mallar qanunvericiliyə görə Mərkəzi Gömrük Ekspertizası idarəsinə göndərilməlidir. Ekspertiza qanunla müəyyən olunan müddətdə başa çatdırılır və hər hansı qeyri-qanuni hal aşkar edilmədiyi təqdirdə sahibinə təhvil verilir.
Bu prosesin daha asan şəkildə həyata keçirilməsi və sahibkarların vaxt və əlavə vəsait itkisinə məruz qalmaması məqsədilə Dövlət Gömrük Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 50-ci və 322.2-ci maddələrinin müddəalarının tələblərindən irəli gələn məsələlərin icrası ilə əlaqədar ticarətin asanlaşdırılması üsullarından biri olan məcburi qərarların tətbiqinə dair sərəncam imzalanıb. Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə (mallar gömrük ərazisinə gətirilmədən öncə) gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. “Məcburi qərar” adlandırılan bu qərarlar həmin Məcəllənin 50.4-cü maddəsinə görə (bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla), malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur. Yəni xarici iqtisadi fəaliyyət iştirakçısı idxal edəcəyi malın nümunəsini və mala dair məlumatları əvvəlcədən gömrük orqanına təqdim edir və aparılan araşdırma nəticəsində qəbul edilən qərara görə idxal edilən mallar maksimum 1 iş günü ərzində sahibinə təhvil verilir. Bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti prosesi zamanı malların gömrük anbarına yönləndirilməsinə gəlincə, bu proses də gömrük qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Belə ki, qanunvericiliyə görə, bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti qanunvericiliklə müəyyən edilən gömrük anbarlarında həyata keçirilməlidir. Bu zaman sahibkar gömrük orqanlarına yalnız mallara dair bəyannamə üzrə nəzərdə tutulan vergi və rüsumları ödəyir. Həmin gömrük anbarlarının və orada göstərilən xidmətə görə alınan və ödənilən vəsaitlərin isə gömrük orqanlarına aidiyyəti yoxdur.
Onu da qeyd edək ki, gömrük sistemində aparılan islahatların əsas istiqamətlərindən biri idxal-ixrac əməliyyatlarının, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin sadələşdirilməsi, sürətləndirilməsidir. Bu məqsədlə tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemində malların hər hansı gömrük nəzarəti metodu tətbiq edilmədən birbaşa sahibkarların anbarlarına yönləndirilməsi və özləri tərəfindən boşaldılması və yüklənməsi nəzərdə tutulur. Digər tərəfdən 1 nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus müxtəlif təsnifat kodu altındakı malların idxalı zamanı malların sahibi və ya onun səlahiyyətli nümayəndəsi mallar barədə əvvəlcədən gömrük orqanına lazımi məlumatları təqdim edərsə həmin mallar da prioritet qaydada ən qısa vaxt ərzində gömrük rəsmiləşdirilməsindən keçirilərək sahibinə təhvil verilir.
Üstəlik, ticarətin asanlaşdırılmasını, sahibkar üçün münbit şəraitin yaradılmasını nəzərdə tutan bu yeniliklər və tətbiqlər barədə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və aidiyyəti qurumları tərəfindən xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşlərdə, Komitənin rəsmi internet səhifəsi, KİV, maarifləndirici videoçarxlar və digər vasitələrlə dəfələrlə məlumat verilib. Artıq 200-dən artıq xarici fəaliyyət iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edərək malları birbaşa öz anbarına apara bilir.
Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrinin yaxınlığında Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması ilə bağlı yeni layihə icra olunur. Belə ki, “Yaşıl dəhliz” istifadəçisi olmayan xarici fəaliyyət iştirakçılarının idxal etdikləri mallar bu mərkəzlərdə asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilərək sahibinə təhvil veriləcək.
Görülən işlərin, həyata keçirilən islahat və yeniliklərin müqabilində həqiqətə uyğun olmayan məlumatların yayımlanması, hətta daha irəli gedərək gömrük xidmətinin korrupsiya və rüşvətxorluqda ittiham edilməsi gömrük orqanlarının fəaliyyətinə qərəzli və məqsədli şəkildə kölgə düşürməkdən başqa bir şey deyil. Üstəlik, korrupsiya, rüşvət, bir sözlə, gömrük qanunvericiliyinin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər və bəzi dırnaqarası kütləvi informasiya vasitələri bu faktları ictimailəşdirmədən öncə, birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.