Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş “Nəgməli Ömür” adlı tədbir keçirilib
    • 11-03-2019, 17:05
    • 734

Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş “Nəgməli Ömür” adlı tədbir keçirilib

Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində Azərbaycan musiqisinin  inkişafında  böyük xidmətləri olan bəstəkar, pianoçu, dirijor Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş “Nəğməli ömür” adlı konsert proqramı keçirilib.

News24.az xəbər verir ki, Azərbaycanın  xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laruratı “Şərəf nişanı” ordeni, “İstiqlal” ordenli, Azərbaycan caz və estrada musiqisinin banilərindən olan Tofiq Quliyevin yaradıcılıq  gecəsində giriş sözü ilə çıxış edən məktəbin direktoru Rafiq İsgəndərov tədbir iştirakşılarını və qonaqları salamladıqdan sonra görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı söhbət açıb. Tədbir məktəbimin müəllimlərdən ibarət “Karvan” xalq çalğı alətləri ansamblının gözəl ifaları ilə davam edib.

Daha sonra Tofiq Quliyevin bir-birindən gözəl mahnıları, fortepiano əsərləri və digər bəstələri məktəbin şagirdlərdən ibarət  “Şahid Abdullayev” adına xalq çalğı alətləri ansamblı, xor kollektivi, fortepiano və digər musiqi alətlərində ifasında tamaşaçılara təqdim olunub.

Tədbirdə eyni zamanda bəstəkarın həyatı və yaradıcılığına, o cümlədən kinofilmlərə yazılmış bəstələrdən ibarət videoçarxlar  nümayiş olunub. Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, Ağdaş rayon İcra Hakimiyyəti aparatının məsul işçisi  Möhlüd Hacıxanov, Göyçay uşaq musiqi məktəblərinin direktoru Rövşən Zamanov, Ucar uşaq incəsənət məktəbinin direktoru Könul Kərimova və Ağdaş rayon orta məktəblərinin direktorları, valideynlər də iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin Tofiq Quliyev  haqqında dediyi ürək sözlərini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.