Elcanın yaşadığı binadakı vəziyyət:
    • 30-08-2023, 11:31
    • 479

Elcanın yaşadığı binadakı vəziyyət: "Narkomanların..."

Aktyor və aparıcı Elcan Rəsulov paylaşımı ilə növbəti dəfə gündəmə gəlib.

News24.az OLAY-a istinadən xəbər verir ki, o, şəhərin mərkəzində yerləşən binanın blokundakı acınacaqlı vəziyyəti yayımlayıb. 

E.Rəsulov işıq sayğacının altına şpritsi göstərərək bloka vaxtaşırı olaraq narkomanların daxil olduğunu da bildirib: "Şəhərin mərkəzində binaların blokuna baxın. Çox bərbad vəziyyət. Necə edək? Kimə deyək? Heç kimə", - deyə bildirib.