Fransanın "humanitar" TƏXRİBATI - Paris meri Zəngəzurda - FOTO
    • 30-08-2023, 13:21
    • 597

Fransanın "humanitar" TƏXRİBATI - Paris meri Zəngəzurda - FOTO

Fransanın Qarabağda yaşayan ermənilərə göndərdiyi 10 yük maşınından ibarət “humanitar yardım” karvanı artıq Azərbaycan-Ermənistan şərti sərhədindədir.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı görüntü paylaşıb.

“Humanitar yardım” TIR-ları Paris meri Ann İdalqonun başçılığı gəlib. Karvanı müşayiət edən Paris meri Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Azərbaycan sərhədindədir. İdalqo Prezident Emmanuel Makronun ölkəmiz barəsində başladığı qarayaxma kampaniyasına davam etdirib.

Fransa bu addımı ilə Ermənistan hakimiyyətinin və diasporunun “Laçın” sərhəd keçid məntəqəsi və Ağdam-Xankəndi marşrutunun blokadası ilə nəzarətsiz yükdaşımaları geri qaytarmağa yönəlmiş anti-Azərbaycan kampaniyasına qoşulduğunu göstərir. 

İyulun 26-dan sərhəddə gözləyən İrəvandan gələn yük maşınları ilə Fransa yük maşınlarını da eyni aqibəti gözləyir - onların Laçın yoluna girmək hüququ yoxdur və Azərbaycan sərhədini keçməyə icazə verilmir. 

Ann İdalqo və digər populistlər Zəngəzurun mənzərəsi və erməni lobbisindən aldıqları pulun müqabilində anti-Azərbaycan bəyanatları fonunda bir neçə foto çəkdirəcəklər, lakin onların missiyası bununla da bitəcək.

Akqabay