-
- 31-08-2023, 18:17
- 279
Rəsmi İrəvandan Aİ-nin Ermənistandakı missiyası ilə bağlı QƏRAR
Avqustun 31-də Ermənistan hökuməti “Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Aİ-nin Ermənistandakı missiyasının statusu haqqında Saziş”in imzalanması təklifini təsdiqləyib.
News24.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, layihə hökumətin növbəti iclasının siyahısına daxil edilib.
Məlumata görə, hələ 2022-ci ildə Aİ Şurası erməni tərəfinin müraciəti əsasında iki ay müddətinə Ermənistan və Azərbaycanın beynəlxalq sərhədində Aİ-nin monitorinq imkanlarından ibarət mülki missiyanın yerləşdirilməsi barədə təcili qərar qəbul edib. Missiya Ermənistanın şərq sərhədi boyunca 2022-ci ildə - oktyabrın 20-dən dekabrın 19-dək yerləşdirilib.
2023-cü il yanvarın 23-də Avropa İttifaqı Şurası Ermənistanda yeni Aİ-nin mülki müşahidə missiyasını onun mandatının başlanmasından iki il müddətinə yerləşdirmək barədə qərar qəbul edib.
Akqabay