-
- 31-08-2023, 18:39
- 655
Həbsdə olan generalın məhkəmə işinə yeni hakim ezam edildi
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunun şəxslərin cinayət işi icraata verilib.
News24.az-ın məlumatına görə, cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.
F.Əliyev məhkəmə ilə bağlı Bakı Hərbi Məhkəməsinə ezam edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.
Cinayət işi üzrə dövlətə dəymiş ziyanın 40 milyon manatı ödənilib.
Samir Əli