Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU
    • 31-08-2023, 23:19
    • 143

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU

Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.