Ermənistan sərhəddə, erməni lobbisi Los Ancelesdə təxribat törətdi - VİDEO
    • 1-09-2023, 11:51
    • 1 469

Ermənistan sərhəddə, erməni lobbisi Los Ancelesdə təxribat törətdi - VİDEO

ABŞ-ın Los Anceles şəhərində erməni lobbisi növbəti təxribata əl atıb.

News24.az xəbər verir ki, şəhərin Uilşir bulvarı ilə Qranvil prospektinin Azərbaycan Konsulluğunun qarşısındakı kəsişməyə Xankəndidəki separatçı rejimin adı verilib. 

Bu barədə Los Anceles Şəhər Şurasının sədri Paul Krekorian məlumat verib. Hətta separatçı-terrorçu rejimin adını daşıyacaq meydanın açılışında Krekorian özü də iştirak edib.

Krekorian bildirib ki, şəhər şurasını bu addımı atmağa və həmin ərazini “artsax meydanı” adlandırmağa vadar eddən Qarabağın “blokadasıdır”. 

Bütün dünya görür ki, ermənilər “Laçın” postundan sərbəst keçirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin hər gün keçidi təmin edilir. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Qeyd edək ki, Los Ancelesdəki erməni lobbisi hər zaman müxtəlif vasitələrlə Azərbaycana əleyhinə kampaniyalar aparıb, hətta təxribat və hücumla təşkil etməkdən də çəkinməyiblər. 2020-ci il iyulun 21-də şəhərdəki radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı amerikalı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarətlər yetirib.

Onu da əlavə edək ki, Los Anceles Şəhər Şurasının sədri Paul Krekoryan erməni əsillidir. Həmçinin Krekorian Los Anceles şəhərində vəzifəyə seçilən ilk erməni amerikalıdır.

Akqabay